Elbəyi Kərimli həbsdə vəfat etdi

elbeyi-kerimli-hebsde-vefat-etdi
Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etməsi haqda sosial şəbəkədə məlumat yayılıb.
Ədliyyə Nazirliyi məlumatı “Qafqazinfo”ya təsdiqləyib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Kərimli narkotik vasitələri saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.