Bu ərazilərdə işıq olmayacaq
02-apr, 08:16 2 Cəmiyyət
Bu gün Yardımlı rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Yardımlı” yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 09:30-dan 12:30-dək şəhər ərazisində, eləcə də, rayonun Dəlləkli, Gavran və Ostayır kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



