Avtobusla piyadanı vurub öldürdü

avtobusla-piyadani-vurub-oldurdu
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ə.Yusifov idarə etdiyi avtobusla Nizami rayonu Xəlil Rza Ulutürk küçəsində hərəkətdə olarkən piyadanı vurub.
Nəticədə, ağır xəsarətlər alan Rzayev Oqtay Əliyusif oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.