Kanalda batan 26 yaşlı gəncin meyiti tapıldı
21-iyn, 12:52 4 Cəmiyyət
Yevlaxda kanalda batan 26 yaşlı gəncin meyiti tapılıb.
“Qafqazinfo”nun xəbərinə görə, Yuxarı Qarabağ kanalının rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlunun meyiti kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı





