Şəmkirdə bəyin qardaşı toy karvanında qəza törətdi: Yaralananlar var

Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneə çırpılıb, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında VAZ-21021 markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.
Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.