HAQQ DAŞI AĞIR OLAR


Bəşər bir-birinə zülm edir nədən?

Yüz qanun uydurur hər gəlib gedən.

                                       Səməd Vurğun


İşini vicdanla yerinə yetirən SHXÇDX-nin Quba rayon şöbəsinin müfəttişi Vidadi Yusifov hər zaman nümunəvi fəaliyyəti ilə seçilir

Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə vurğulamaq yerinə düşər ki, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyası olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin müfəttişi Vidadi Yusifov ləyaqət nümunəsi kimi seçilən xidmət əməkdaşlarından biridir.
 Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin müfəttişi Vidadi Yusifov haqda xoş məramlı yazı yazmağın necə qarşılanacağını bilməmiş deyilik. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün dövlət qurumlarında çalışanların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu bildiyimizdən, onları mənəviyyatdan uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala onun haqqında da belə düşünəcəkdik. 

Ancaq burada bir əmma var, amması budur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin müfəttişi Vidadi Yusifov vəzifəsini vicdanla yerinə yetirən biridir. Bütün deyilənləri, yazılanları kənara qoyaraq demək istəyirik ki, bir elin, obanın təəssübünü cəkən fədakar bir insan kimi tanıdığımız Vidadi Yusifov haqqında bəzən bədxahlar tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda təəssüf dolu gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Vidadi Yusifov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Vidadi Yusifovun saf, təmiz qəlbi var. Vidadi Yusifov işlədiyi qurumda bir müfəttiş kimi yox, çağırışçılara bir ata kimi davranır, onların problemləri ilə yaxından tanış olub birbaşa həllində öz əlindən gələn köməkliyini edir. Bizim tanıdığımız, öz fəaliyyətinə müəllimlikdən başlayan, Vidadi Yusifov qəlbinin mərhəmət hissi ilə yaşayan bir insandır. Müəllim heç vaxt dövlətinə, xalqına yad prizmadan baxa bilməz. Vidadi Yusifovun içində müəllim ruhu hər zaman özünü qabarıq göstərir. Onu yaxından tanıdığımıza görə bunu cəsarətlə, qətiyyətlə söyləyə bilirik. 

O cümlədən də, rəhbərliyin etimadını yüksək səviyyədə təmin edərək, gənc nəslin vətənpərvər ruhda hərbi xidmətə yollanmasında mühüm rolu vardır.  
 Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin müfəttişi Vidadi Yusifov çalışdığı qurumu müqəddəs bir məkan bilərək, həmişə yüksək pillələrdə mənafeyini qoruyub saxlamağa çalışır. Bəzi qərəzli şəxslərin qərəzindən doğan şər-böhtan kampaniyası ayaq tutsa da yeriməyəcək. Çünki, qərəzdən yaranan mühakimələrin sonunu həmişə iflasa uğrayan gördük. Ədalət gözəl anlamdır, heç vaxt yerini nahaqqa verməz. Haqq isə nazilər, üzülməz. İlahi ədalətin səsi həmişə gur gələr. Bu isə Allahın işidir...

Biz, kifayət qədər professionallardan ibarət media qrup olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin müfəttişi Vidadi Yusifov işində uğurlar arzu edirik. Ömrünü məsuliyyətli, müqəddəs bir işə həsr etdiyi üçün bu dəyərli Vətən övladına təşəkkürlərimizi bildiririk. 

P.S. Mövzunu nəzarətdə saxlayırıq, Vidadi Yusifovu sevənlər həmişə onun yanındadır.


Hürü Hacızadə
"Qızıl Qələm" mükafatçısı, yazıçı-publisist.

Rizvan Əhmədli
"Qızıl Qələm" mükafatçısı, "Ekspert" qəzetinin təsisçi-baş redaktoru.

Fərid Faiqoğlu
"Qızıl Qələm" mükafatçısı, AJB-nin üzvü.