Şəmkirdə baş verən qəzada yaralanan şəxs ölüb

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.
“Report”un məlumatına görə, mayın 12-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan və bu gün dünyasını dəyişən şəxs İlkin Əhməd oğlu Alıyev olub.
Qeyd edək ki, hadisə “Nissan” markalı avtomobilin maneəyə çırpılması nəticəsində olub.
Qəzada daha 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.