Şəkidə evdə yanğın olub, ölən var

Şəki şəhərində ev yanıb.
Oxu.Az xəbər verir ki, gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Ziyafət İdris qızı Salmanovanın yanmış meyiti aşkar edilib.
İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib.
Faktla bağlı araşdırma aparılır.