Saatlı sakininin üzərinə ağac aşıb

Saatlı rayonunda bədbəxt hadisə zamanı 53 yaşlı kişi ağır xəsarət alıb.
“Report”un məlumatına görə, 1970-ci il təvəllüdlü Tofiq Əliheydər oğlu Zeynalovun üzərinə ağac aşıb.
Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.