Sumqayıtda yaşayış binasında yanğın: 15 nəfər təxliyə olundu

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində altı ədəd sayğac, altı ədəd elektrik açarı və altı metr elektrik kabeli yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.