Rusiya Belarusun təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə hazırdır


“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski birbaşa münaqişəyə cəlb etmək və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək məqsədi daşıyır”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O bu xüsusda Rusiya ilə Belarus arasında 2025-ci ilin martından İttifaq Dövləti çərçivəsində təhlükəsizlik zəmanətlərinə dair müqavilənin qüvvədə olduğunu xatırladıb. 
Lavrovun sözlərinə görə, Rusiya Belarusun təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən müqavilə ilə nəzərdə tutulan bütün zəruri tədbirləri görməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya ölkəsinin sərhədindən Ukrayna daxilində hədəflərə birbaşa zərbələr endirmək üçün istifadə edildiyi iddia edilən avadanlıqları geri çəkməsi üçün bir həftə vaxt verməsi barədə məlumat yayılıb.