Beyləqanda ov silahları polisə təhvil verilib

Beyləqan rayonunda üç ədəd ov silahı polisə təhvil verilib.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan rayon sakini tapdığı üç ədəd tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Silahları təhvil verən şəxsə təşəkkür edilib.