Xankəndidə silah-sursat aşkar edilib

Xankəndidə silah-sursat aşkar edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən bir avtomat silahı, bir tüfəng, dörd alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursat, həmçinin yaşayış mənzillərinin birindən üç kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.