Bu yollarda sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan yolları təqdim edirik:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
7. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
8. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
11. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.