Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
14-dek, 15:56 276 Gündəm / Sosial"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin təşəbbüsü və vətənpərvər, xeyriyyəçi iş adamı Rəşad Mahmudovun böyük dəstəyi ilə "UNUTMADIQ, UNUTMARIQ" adlı tədbir keçirilib. Tədbirin təşkil olunmasında əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canını vətən uğrunda qurban verən şəhidlərin ailələri
və sağlamlığının bir qismini itirən qazilərlə görüşmək, onlara mənəvi dəstək göstərmək idi.
Tədbirdə iş adamları, ziyalılar, QHT rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.
Tədbirin başlanğıcında Azərbaycan və Türkiyə bayraqları təşkilatçılar və qazilərin müşayiətilə meydana gəlib. Azərbaycan respublikasının dövlət himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iş adamı və xeyriyyəçi Rəşad Mahmudov, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumlu, şəhid ataları, şəhid anaları, ziyalılar çıxış edərək 44 günlük Vətən müharibəsində baş verənlərdən və Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, igid oğullarımızın ölməz qəhrəmanlığından danışıblar.
Birlik sədri Yasəmən xanım Qəyyumlu çıxışında vurğulayıb ki, çiçəklənən və müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin mirası olan suveren və azad Azərbaycan dövlətini layiqincə idarə edən, " nəyi nə vaxt və necə etmək lazımdır" prinsipinə söykənən cənab Prezident İlham Əliyevin xalq , dövlət qarşısında misilsiz xidmətlərindən danışıb. Və hər kəsi prezidentin ətrafında sıx birləşməyə çağırıb.
Şəhidlərin şərəfinə açılan ehsan süfrəsi arxasında hər kəs şəhidlərin ruhuna dualar oxuyub, qazilərə can sağlığı arzulayıblar.
Sonda tədbirin əsas simvolu şəhidlərimizin şəkli əsl olunan tablo qarşısında hər kəs xatirə şəkli çəkdirib.
Xeyriyyəçi iş adamı, tədbirin maddi dəstəkçisi Rəşad Mahmudov Birlik sədri Yasəmən xanım Qəyyumlu tərəfindən təşkilati adından Fəxri Diplomla təltif olunub.
Fərid Səfərov
Birliyin mətbuat katibi