20 il sonra doğulan əkizlərin bağça problemi - Ancaq birini qəbul etdilər
03-avq, 12:10 43 Cəmiyyət“Əkiz qızlarım Mələk və Cənnət 20 il sonra dünyaya gəlib, hazırda 2 yaşları var. Əkizləri bağçaya qoymaq problemi ilə üzləşmişəm. Məcburam ki, onları bir-birindən ayırım...”
Bu şikayətlə “Qafqazinfo”ya əkizlərin atası Elşad Qasımov müraciət edib.
Biləsuvar sakini olan vətəndaş əkiz övladlarından yalnız birinin bağçaya qəbul edildiyini deyir: “İki azyaşlı qızımın Biləsuvar şəhər 1 saylı körpələr evi-uşaq bağçasına azyaşlı qrupuna qəbulu üçün müraciət etmişdik. Lakin bizə bağçadan bildirildi ki, yer dolu olduğu üçün əkizlərdən yalnız birinin qəbulu reallaşıb. Qəbul planı 15 nəfər olduğundan Mələk Qasımova sıralamada birinci, Cənnət isə on yeddincidir”.
Əkizlərin valideyni onu da qeyd edib ki, uşaqların qəbulu ilə bağlı bağça tərəfindən belə bir alternativ də irəli sürülüb: “Bizə dedilər ki, Mələk bağçaya gəlsin, əgər valideynlərdən kimsə uşağını bağçaya gətirməkdən imtina edərsə, Cənnət də bağçaya gəlmək hüququna malik olacaq. Bu nə dərəcə düzgündür? Qızlar bir-birindən ayrı qalmaq istəmir, ağlayırlar. Bu indiki vaxtda olduqca çətindir. Təsəvvür edin, əkiz uşaqları ayrı saxlamaq necə mümkün olar?! Həmçinin uşaqların anası da işləyir, bağça zəruridir. Mən belə vəziyyətdə məcbur oluram ki, ya əkizləri ayırım, ya da onların heç birini bağçaya aparmayım”.
Şikayətlə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, əkizlərin növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olub: “Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada aparılır. Qaydalara uyğun olaraq valideyn bq.edu.az saytı vasitəsilə növbə yaradır. Müraciət olunan bağçada boş yer olarsa, növbə sorğuya keçir, yəni uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir.
Proses zamanı növbənin yaradılma vaxtı (saat, dəqiqə və saniyə də nəzərə alınmaqla) əsas rol oynayır. Vətəndaşın müraciəti ilə bağlı qeyd edirik ki, onun əkiz övladlarının növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olub.
Həmin zaman kəsiyində 20 nəfər növbəyə yazılıb. Elektron sistem daha tez yaradılmış növbələri sorğuya çevirib. Mövcud qaydaların tələblərinə uyğun olaraq növbəyə yazılmış digər valideynlərin hüquqlarının qorunması üçün vətəndaşa növbəsini gözləmək tövsiyə edilir.
Bununla yanaşı, agentliyin məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşları tərəfindən vətəndaşla əlaqə yaradılıb, onun müraciəti dinlənilib, məktəbəqədər təhsil sahəsində tətbiq edilən alternativ modellər və onların əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, adıçəkilən vətəndaş müraciət edərsə, övladları N. Gəncəvi adına 1 saylı, N.Nərimanov adına 6 saylı və Xırmandalı kənd 1 saylı tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı qruplarda məktəbəqədər təhsilə cəlb edilə bilər”.