Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırıldı
12-avq, 15:20 36 CəmiyyətGənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Qeyd edək ki, indiyə qədər bu say 400 nəfər idi.
Daha bir yenilik isə Dövlət Proqramına doktorantura pilləsinin əlavə edilməsi ilə bağlıdır.