Yük maşını piyadanı vuraraq öldürdü
31-okt, 09:32 197 Cəmiyyət
Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib.
Belə ki,1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov





