Gələn ildən NEZ-də yeni buxar sistemi işə salınacaq
29-noy, 15:00 191 CəmiyyətAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsi çərçivəsində istismara hazırlıq işləri üzrə yeni buxar sistemini işə salınması yekunlamaq üzrədir.
Report istinadən xəbər verir ki, bunu layihənin Baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu sistem 2022-ci ilin yanvar ayında işə salınacaq.
O bildirib ki, sistemin buxarla təmizlənməsinə başlanılacaq, borular yuyulacaq, bu zaman yüksək səs dalğalarının ətrafa yayılması gözlənilir.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.