Şirvanda avtomobil hasara çırpıldı - Sürücüsü öldü
27-dek, 08:13 5 CəmiyyətŞirvanda sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin M. Aydınov küçəsində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Novruzlu vüqar Eldar oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, yaxınlıqdakı hasara çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.