Elnarə ərinin müdafiəsinə qalxdı: jurnalisti təhqir etdi - VİDEO
02-dek, 11:16 175 CəmiyyətMüğənni Elnarə Xəlilovanın Dövlət Sərhəd Xidmətində işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun jurnalistə hücum etməsi ilə bağlı yazılanlara münasibət bildirib.
Bununla bağlı instaqram səhifəsində paylaşım edən müğənni ərini müdafiə edib:
"Arvadını da tanımıram kimsənin, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? nəçisən? Axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi-hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa elə bilirsən Mirşahinsən?”
Müğənni jurnalistə qarşı çoxsaylı təhqiramiz ifadələr işlədib. O, zor tətbiq olunmadığını, əksinə bunu operatorların fəndi olduğunu bildirib:
“Kim də bilməsə, biz yaxşı bilirik operatorların o fəndlərini. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz" - deyə Elnarə qeyd edib.
Qeyd edək ki, ötən gün DSX-nın zabiti, mayor Rövşən Cahangirovla jurnalistlər arasında insident yaşanıb.