İspaniyada iki il davam edən əməliyyat: 27 qadın cinsi köləlikdən xilas edildi

İspaniyada iki il davam edən əməliyyat: 27 qadın cinsi köləlikdən xilas edildi
İspaniya polisi insan alveri ilə məşğul olan cinayətkar təşkilatı zərərsizləşdirib.
 Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə İspaniya Milli Polisindən məlumat verilib.
 "Polis araşdırması 2024-cü ilin iyulunda Milli Polisin insan alverinin qurbanlarına yardım xidmətinin elektron məktubu almasından sonra başlayıb. Məktubda Santa-Kruz-de-Tenerifedə bir cütlüyün dörd gecə klubunu idarə etdiyi və bir neçə qadını nəzarətdə saxladığı deyilirdi", - məlumatda bildirilib.
 Əməliyyat nəticəsində polis 27 qadını xilas edib ki, onların arasında yetkinlik yaşına çatmayanlar da var.
 Cinayətkar təşkilatın iki lideri də daxil olmaqla, 14 nəfər saxlanılıb.