“Blokadanın qaldırılması razılaşma şanslarını azalda bilər”
22-apr, 10:43 1 Dünya
“Blokadanın qaldırılması razılaşma şanslarını azalda bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.
O, İranın Hörmüz boğazının açıq qalmasında maraqlı olduğunu bildirsə də, blokadanın aradan qaldırılmasının sülh perspektivlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Tramp qeyd edib ki, İran iqtisadi səbəblərə görə boğazın açıq qalmasını istəyir. Onun sözlərinə görə, bu marşrut vasitəsilə ölkə gündə yüz milyonlarla dollar gəlir əldə edir.
ABŞ Prezidenti iddia edib ki, Tehran blokadanı aradan qaldırmaq üçün boğazın bağlanması ilə bağlı ritorikadan istifadə edir və bununla nüfuzunu qorumağa çalışır.
Tramp bildirib ki, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın qaldırılması halında Vaşinqtonla Tehran arasında hər hansı razılaşmanın əldə olunması çətinləşə bilər.
Qeyd edək ki, o, daha əvvəl də ABŞ-nin blokadanı davam etdirəcəyini və İranın münaqişəyə son qoymaq üçün konkret təklif irəli sürməli olduğunu vurğulamışdı.





