Latviya Belarusla sərhəddə yeni sədd çəkir
10-apr, 08:29 128 DünyaLatviya Belarusla sərhəddə 63,9 km uzunluğunda hasarın tikintisinə başlayır. İnşaat işlərinin 2024-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ilk mərhələdə Latviya Belarusla sərhəddə 54 km hasar çəkib. Eyni zamanda, qışda hava şəraiti bataqlıq olan ərazidə işlərin davam etdirilməsinə mane olub.
Bundan başqa, bəzi problemlər relyeflə bağlıdır. Belə ki, sərhəd infrastrukturu sıldırım yamaclarda və bataqlıq ərazilərdə qurulmalı, yollar nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır.
Ümumilikdə layihə Latviya-Belarus sərhədinin 173 kilometrlik zolağında hasarın tikintisini nəzərdə tutur.
Mənbə: Oxu.Az