Rusiyada dəmiryol vağzalının damına dron düşdü
19-apr, 08:28 137 DünyaRusiyanın Volqoqrad şəhərində dəmiryol vağzalının damına “Mavic Air 2” kameralı dron düşüb. Kvadrokopteri buraxan şəxsin Volqoqrad Tibb Universitetində təhsil alan Səid adlı Yəmən vətəndaşı olduğu üzə çıxıb. O, artıq saxlanılıb.
Stansiya əməkdaşları şübhəli əşya barədə polisə məlumat veriblər. Qəzaya uğrayan drona baxış keçirilib. Dindirilmə zamanı dronun sahibi bildirib ki, heç kimə casusluq etməyib, sadəcə şəhərin görməli yerlərini kopterdən lentə almaq istəyib.
Əcnəbi tələbənin sözlərinə görə, dron qəfildən sıradan çıxıb və stansiyanın damına düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yəmən vətəndaşı ilə danışıqları davam etdirirlər.
Mənbə: Oxu.Az