Stoltenberq: “NATO ölkələri vəd etdiyi texnikanın 98%-ni Ukraynaya verib”
28-apr, 08:32 135 Dünya“NATO ölkələri vəd etdiyi zirehli texnikanın demək olar ki, hamısını Ukraynaya təhvil verib. Söhbət 2 minə yaxın hərbi texnikadan gedir”.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq aprelin 27-də keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna ərazilərini Rusiya işğalından azad etmək üçün hərbi potensiala malikdir. Baş katib vurğulayıb ki, alyans demək olar, bütün vəd edilən texnikanı təhvil verib.
“Müttəfiqlər və NATO tərəfdaşları Ukraynaya misligörünməmiş dəstək göstəriblər. Ukraynaya vəd edilən döyüş maşınlarının 98%-dən çoxu artıq çatdırılıb”, - deyə Stoltenberq qeyd edib.
NATO Baş katibi əlavə edib ki, söhbət 1500-dən çox zirehli texnika, 230 tank və digər texnika, o cümlədən külli miqdarda sursatdan gedir.
O vurğulayıb ki, alyans Ukrayna ərazilərini azad edəcək Ukrayna Silahlı Qüvvələrinin 9 briqadasını silahlandırıb.
Mənbə: Oxu.Az