Serbiyada parlament seçkisində Aleksandar Vuçiçin partiyası qalib gəlir
18-dek, 09:39 93 DünyaSerbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.
Seçki bülletenlərinin təxminən 50%-nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının 46,2, müxalif “Serbiya zorakılığa qarşı” partiyasının isə 23,2% səs topladığı açıqlanıb.
“Bu, qəti qələbədir və məni çox sevindirir”, - ilkin proqnozlardan sonra Aleksandar Vuçiç deyib.
Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin partiyası isə hələlik 6,7% səslə üçüncü yerdə qərarlaşıb.
Mənbə: Oxu.az