İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
20-may, 10:35 109 DünyaXəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya uğrayıb. “Mehr” agentliyi İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduqlarını yazıb.
“Qafqazinfo”nun “Tasnim” agentliyinə istinadən məlumatına görə, qəza nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.
Bildirilir ki, proses qəza yerində həyata keçirilir.
***
İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, İranda xilasedicilər helikopter qəzasında həlak olan bütün şəxslərin cəsədlərini aşkar edib.
Onun sözlərinə görə, cəsədlərin axtarışı başa çatıb: “Həlak olanların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib”.