“ABŞ-nin bu iddiaları əsassızdır” - Zaxarova
08-avq, 12:28 54 Dünya“ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istəyi haqda iddiaları əsassızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”yə bildirib.
“Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək”, - deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms o'Brayn faktiki olaraq etiraf edib ki, Vaşinqton İrəvanla Moskva arasında uçuruma şərait yaratmağa çalışır. Onun sözlərinə görə, Ermənistan əhalisinin xeyli hissəsi Rusiyadan uzaqlaşmaq istəyir və ABŞ buna şərait yaradır.