Livana aviazərbələr endirildi, 9 ölü

İsrailin Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silah anbarına aviazərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 
Bildirilir ki, hadisə Nəbatiyə şəhəri yaxınlığında baş verib. 
Bununla yanaşı, Livanın cənubunda bir neçə bölgəyə artilleriya ilə zərbələr endirildiyi də qeyd olunub. 
Livanın Səhiyyə Nazirliyi isə hücumlar nəticəsində 9 nəfərin öldüyünü, daha 5 nəfərin isə yaralandığını açıqlayıb.