Rusiyada yük gəmisi aşdı - 2 ölü
18-okt, 10:27 184 Dünya
Rusiyanın Saxalin adasında yük gəmisi aşıb.“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə Korsakov limanında qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
Ümumilikdə gəminin göyərtəsində 7 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.





