Tokioda hakim partiyanın qərargahına “molotov kokteyli” atıldı

Yaponiyanın paytaxtı Tokioda naməlum şəxs ölkənin hakim “Liberal-Demokrat Partiyası”nın Baş Qərargahına “molotov kokteyli” atıb.
“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, nəticədə xəsarət alan olmayıb.
İnsidenti törədən şəxs hadisə yerində saxlanılıb. 
Hakim partiya məsələni şərh etməyərək bütün suallarla bağlı polisə müraciət etməyi istəyib.