Fətullah Gülən öldü
21-okt, 09:46 195 Dünya
FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.
O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.
83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib.





