Ərdoğanın NATO lideri ilə qapalı görüşü - Nə danışdılar?
26-noy, 09:16 26 DünyaXəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutteni qəbul edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hərbi-siyasi blokun rəhbəri ilə Ərdoğan arasında görüş bir saata yaxın və mətbuata qapalı keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, eləcə də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun iştirak ediblər.
Türkiyə Prezidentinin Administrasiyasından bildirib ki, danışıqların gündəliyində Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran, həmçinin terrorizmlə mübarizədə birgə fəaliyyət məsələsi yer alıb.
Bundan əlavə, görüşdə 2026-cı ildə Türkiyədə NATO sammitinin təşkili və müdafiə sənayesi məhsullarının tədarükü sahəsində alyans üzvləri arasında həmrəylik məsələləri müzakirə olunub.