Saakaşvili gürcüstanlıları meydana səslədi
01-okt, 13:09 233 DünyaGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Batumidən vətəndaşlara mesaj göndərib.
O bildirib ki, 2-3 oktyabrda Tbilisidə olacaq. Saakaşvili həmin vaxt üçün həmvətənlərini şəhərin mərkəzində Azadlıq meydanına çağırıb.
Qeyd edək ki, daha əvvəl o Gürcüstanın Batumi şəhərində olması barədə “Facebook” hesabında videomüraciət yaymışdı.
“Sizdən bir xahişim var: ayın ikisində hamımız seçkilərə gedərək “Milli Hərəkat”a (Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyası-red.) səs verəcəyik... Bu bütün Gürcüstan üçün həlledici seçkidir. İkinci gün səsləri birlikdə sayacağıq və 3 oktyabrda Rustavelidə, Azadlıq Meydanında toplaşacağıq. 100 min nəfər olduğumuzda heç kim bizi məğlub edə bilməyəcək. Əlbəttə ki, mən də sizə qoşulacağam... Ayın ikisində və üçündə sizinlə birlikdə Tbilisidə olacağam. Bütün ümidlərim sizədir, xahiş edirəm, aktiv olun”, - deyə Saakaşvili video mesajında bildirib.
Xatırladaq ki, Saakaşvili Gürcüstanda daxili axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.