Türkiyədən sonra Albaniyaya getdi
16-may, 08:37 90 Dünya
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri başa çatıb.“Qafqazinfo” bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Zelenskinin təyyarəsi ötən gün axşam saatlarında Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb.
Ukrayna lideri “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfər edib.
Xatırladaq ki, Zelenski mayın 14-də Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.





