Tokayev Türkmənistana gedir
02-avq, 11:56 62 Dünya
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev avqustun 5-i Türkmənistana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, o, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək.
Sözügedən konfrans avqustun 5-i Türkmənistanın Avaz şəhərində baş tutacaq.





