ABŞ-də dərmanlar ucuzlaşacaq, digər ölkələrdə bahalaşa bilər

abs-de-dermanlar-ucuzlasacaq-diger-olkelerde-bahalasa-biler
ABŞ Prezidenti Donald Tramp ölkəsində dərman qiymətlərinin aşağı salınmasını istəyir. 
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik danışıb.
O qeyd edib ki, prezidentin bu istəyi hökuməti digər ölkələrdə qiymətləri artırmağa məcbur edəcək.
Nazirin sözlərinə görə, Trampın sözügedən addımı ABŞ-ni dərman istehsalçıları üçün “Ən əlverişli qiymət ölkəsi” kimi inandırmağa yönəlib.