"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi


Hörmətli oxucular bildiyimiz kimi 44 günlük haqq savaşında cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində xalqımız "Dəmir Yumruq" ətrafında sıx birləşərək 30 ilə yaxın həsrətində olduğumuz işğal altında olan torpaqlarımızı erməni faşizmindən azad edərək 8 Noyabr "Zəfər" qələbəsini əldə etdik.

Bəli, məhz bu qələbə naminə ölkəmizin hər bir rayon və kəndlərində, regionlarında, hətta xarici ölkələrdə belə 8 Noyabr "Zəfər Günü" bayramı qeyd edildi. Xalqımız bu günü uzun illərdir ki, səbirsizliklə gözləyirdi. Nəhayət ki, o gün gəlib çatdı və rəşadədtli Azərbaycan ordusu bu günü, bu qələbəni bizlərə Azərbaycan xalqına yaşatdı. Artıq 2-ci ildir ki, Azərbaycan xalqı bu günü, qələbəni Zəfər bayramı kimi qeyd edir, konsert proqramları təşkil edilir, tədbirlər keçirilir.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

Belə tədbirlərdən biri də "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri, daima Şəhid, qazi, imkansız ailələrinin yanında olan Vətənpərvər Ülviyyə xanımın təşkilatçılığı ilə "Ocaq" restoranında 8 Noyabr "Zəfər Günü" bayramında baş tutdu və qələbəmiz münasibətilə bayram tədbiri keçirildi. Bayram tədbiri çox təqdirəlayiq, hər kəsi heyran edəcək qədər yüksək səviyyədə keçdi.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

Tədbirdə Şəhid ailələri, qazilərimiz, QHT, "Vətənpərvərlər" jurnalının redaktoru Şəkər xanım, "Qanunyolutv.az" xəbər portalının təsisçi və baş redaktoru, eləcədə 1-ci Qarabağ iştirakçısı, Vətən müharibəsi veteranı Arif Süleymanlı, "AY Media" Company MMC-nin direktoru Almaz Yaşar, "Xezertv.info" sayıtının icraçı direktoru Jalə xanım Eminova, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin icraçı direktoru, müğənni, bəstəkar-şairə Mətanət xanım, "Bölgexebertv.az" sayıtının rəhbəri Jalə Atayeva, "Cəmiyyət və İctimai Nəzarət" İB-nin rəhbəri Rübabə Vəliyeva, musiqiçilərimiz saz ifaçısı Zöhrab Poladoğlu, Əli Zeynaləbdinov, aşıq Rəfiqə Göyçəli, Sahil Laçınlı və Elnur Tovuzlu iştirak edirdilər.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

"Zəfər Günü"nə həsr edilmiş tədbirdə ilk öncə Azərbaycan himni səsləndirildi. Sonra Vətən uğrunda canlarını, qanlarını fəda edən qəhrəman, qorxmaz, igid şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla, dərin etiramla anıldı və çıxış üçün söz tədbirin təşkilatçısı, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin rəhbəri Ülviyyə xanıma verildi.

Ülviyyə xanım öz çıxışında əvvəlcə tədbirə gələn qonaqları salamladı. Sonra Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətindən, gördüyü işlərdən, rəşadətli ordumuzun 44 günlük haqq savaşında "Dəmir Yumruq" olaraq Onun ətrafında sıx birləşərək erməni işğalçılarına qarşı döyüşərək mənfur düşmənlərimizə qalib qəlməsindən və bizlərə bu qələbə sevincini yaşatmalarından danışdı. Tədbirə gələn hər bir kəsə öz təşəkkürünü bildirdi.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

Daha sonra çıxış üçün söz bayram tədbirində iştirak edən Şəhid ailələrinə, qazilərimizə, Şəkər xanıma, Almaz Yaşara, Jalə Eminovaya, müğənni, bəstəkar-şairə Mətanət xanıma, Rübabə Vəliyevaya, Jalə Atayevaya və.s. digər iştirakçılara verildi. Onlarda əvvəlcə tədbirin təşkilatçısı Ülviyyə xanıma təşəkkür etdilər, sonra isə tədbir iştirakçılarını salamlayıb "Zəfər" bayramı münasibətilə təbrik etdilər. Ölkəmizdə daima sülh-əminamanlıq olmasını arzuladılar.

Çıxışlardan sonra şən, şux, vətənpərvər musiqilər, saz havaları səsləndirildi. Tədbir iştirakçıları ifaçıların oxuduqları şən mahnıların sədaları altında rəqs etdilər, şənləndilər. Saz ifaçısı Zöhrab Poladoğlu tədbirdə gözəl bir ifa təqdim etdi. Aşıq Rəfiqə Göyçəli, Əli Zeynaləbdinov, müğənni Mətanət xanım da özlərinin gözəl, şux, oynaq ifalarıyla məclisə daha da zövq verib, şənləndirdilər.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

Tədbirdəki musiqi ifalarından sonra təqdimatlar oldu. "Bögexebertv.az" sayıtının rəhbəri Jalə xanım Atayeva 44 günlük haqq savaşında canlarını qoyan qəhrəman, igid qazilərimizə təsis etdiyi "Fəxri diplom"ları təqdim etdi. "Zeferyolu.az" sayıtının redaktoru Jalə xanım Eminova isə həmişə Şəhid, qazi və imkansız ailələrinin yanında olan, "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin rəhbəri olan Ülviyyə xanımı təsis etdiyi "Zəfər Yolu" diplomu ilə təltif etdi.
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

P.S. Sonda məndə "Qanunyolutv.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanıma və onun rəhbərlik etdiyi kollektivə işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Arzu edirəm ki, Zəfər həmişə bizimlə olsun!
"Dəmir Yumruq" Alfa-a cəmiyyəti "Zəfər Günü"nü qeyd etdi

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

"ZƏFƏR" BAYRAMINIZ MÜBARƏK!

#BİZBİRLİKDƏGÜCLÜYÜK!