ABŞ dövlət katibinin müavini bu həftə Azərbaycana səfər edəcək
17-noy, 12:36 33 Gündəm / Dünya
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.
"Dövlət katibinin müavini Elison Huker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq", - məlumatda qeyd olunub.
Səfərlə bağlı digər təfərrüatlar açıqlanmır.//Report





