31 dekabr yazıçı-publisist Nisə Rafiqqızının ad günüdür


Əziz, dəyərli həmkarımız, "Qızıl qələm " mükafatı laureatı,  istedadlı redaktor Nisə Rafiqqızı. Sizi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və doğum gününüz münasibətilə təbrik edirik. Bəşər hər bir insana ayrıca bir tale yazır. İnşallah ki, sizin də taleyinizə hər zaman sağlam və xoşbəxt illər yazılsın. Sizə kollektivimiz adından can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Bu gün ad günündür, gülür gözlərin,

Arzumdur o gözlər yaşa düşməyə.

Sevgiylə başlaya, bitə sözlərin,             

Həyatın heç zaman qarlı qışa düşməyə.