Xocalı xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir
25-fev, 09:00 155 GündəmFevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhətli faciələrindən biri baş verdi: Azərbaycanın Xocalı rayonunda erməni faşistkləri ilə rus hərbiçiləri dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. Yüzlərlə günahsız insanın qanı axıdıldı o gün.
Xocalı qırğını XX əsrin sinəsində açdığı ən dərin qanlı soyqrımdır.
Xocalı hadisələrinə sadəcə olaraq bir şəhərin köçürülməsi, dinc adamların öldürülməsi faktı kimi baxmaq sadəlövhlük olardı. Müharibənin öz amansız qanunları var. Xocalı faciəsi bir də onu göstərdi ki, dost, qardaş dediyimiz qonşularn qəlbində bizə nə qədər kin, küdurət və nifrət gizlənirmiş. Hərdən adamı təəccüb bürüyür: uzun illər ərzində onlar bu nifrəti necə də məharətlə gizlədib saxlaya biliblər?
Xocalı xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir. Nə qədər Azərbaycan xalqı var, nə qədər dilimiz və yaddaşımız var bu tarix unudulmamalıdır. Şəhid olan bacı-qardaşlarımız, ermənilər tərəfindən girov götürülüb, görünmənmiş əzab-əziyyətə düçar edilən, min bir işgəncə ilə öldürülən qız-gəlinlərimizin, qocalarımızın, körpələrimizin harayı, batan qanı...nə nəhayət, Xocalı məhşəri, Xocalı genosidi.
Xocalı qırğını Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək elə bir fəlakətdir ki, dağ-iniltisi hələ neçə əsr davam edəcəkdir. Xocalı qırğını xalqımızın ləyaqətli, mərd, vətənpərvər övladlarının yaddaşında əbədi həkk olunmuş tarixi bir faktdır.
Kafir ermənilər fevralın 25-dən 26-na keçən gecə kimsəsiz xocalılara divan tutdu. Adamlar gecənin qaranlığında, güllə, mərmi yağışının dəhşətinə ayaqyalın, başıaçıq baş götrüb dağlara, meşələrə qaçırdı.
Allah qisasımızı yerdə qoymadı. Vaxt vədə yetişdi, haqqın qapısı açıldı, torpaqlarımız azad olundu. Igid oğullarımız erməninin murdar nəfəsini boğub məhv etdi.
Xocalı arxadan atılan güllə,
Xocalı xalqımın faciəsidir.
Xocalı günahsız soydaşlarımın
Qisas çağırışı, fəryad səsidir.
Ədliyyə işçisi olaraq biz də Xocalı soyqrımında şəhid olanların xidmətini heç vaxt unutmayacaq, onların xatirəsini daim hər birimiz qəlbimizdə yaşadacağıq. Ruhunuz şad olsun, rahat olun, haqqınız yerdə qalmadı "Xocalı Şəhidləri”.
Allah rəhmət eləsin!
Rəna Axundova
Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi