QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər


Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və sədr müavini "Esmanur" Tədris Mərkəzinun direktoru İlahə Xudu qızı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, döyüş meydanında öz canlarını vətəninə qurban verən şəhid, Xüsusi təyinatlı baş leytenant Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət ediblər. Ziyarət Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən şəhidin adını daşıyan "Esmanur" Tədris Mərkəzindən başlayıb. Sonra şəhidin yaşadığı ünvanda Abşeron rayon Saray qəsəbəsində şəhidin adına inşa olunmuş Su bulağı ziyarət edilib.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Millət Vəkili Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Azərbaycan Memarlıq və İnşaat Universiteti məsul şəxsləri, Qərbi Azərbaycan İcması”nın üzvləri, "Ədalət yolu" qəzetinin əməkdaşları, Şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Çıxış edən rəsmilər tərəfindən ailəyə mənəvi dəstək göstərilib. Şəhid atası Məhərrəm müəllimin oğlu Raufun ömür yolu haqqında qürurlu və cəsarətli cıxışını hər kəs böyük qürur və sevgi ilə qarşılaylb.
Şəhidlərin ölməz hünərindən danışan Birlik sədri Yasəmən Qəyyumlu qələbənin rəmzi olan "Zəfər diplomu" nu şəhidin valideynlərinə təqdim edib.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun!


Fərid Səfərov
Birliyin mətbuat katibi