ƏDALƏTİN ZƏFƏRİ

Tarix sübut edir ki, ağıllı, cəsarətli, müdrik şəxsiyyətlər mənsub olduğu xalq üçün qiymətli sərvət olduğu kimi, o dövlətin tarixində də əhəmiyyətli yərə və rola sahib insanlardır. ''Mən hər zaman fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam''- demənin qürurunu yaşamaqla Azərbaycan dövlətinin və xalqının adını dünyada şərəflə tanıdan Ümumilli Lider Heydər Əliyev bizlərə də Azərbaycanlı olmanın onurunu yaşamağı nəsib etdi. Adı və imzası Azərbaycanın və azərbaycanlıların nəçə-nəçə nəslinin taleyinə həkk olunan müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının bu il 100 ili tamam olur. 2023-cü ilin ''Heydər Əliyev ili'' elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu tarix ölkəmizdə dövlət səviyyəsində qeyd olunacaq. 

            Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümumilli Lidərin təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq  və hüquq qaydalarının təminatı hər zaman ön planda olmuşdur. Bu səbəbdən ''ədaləti ədalətsizliklə bərpa etmək olmaz''-deyən milli lider  dövlət idarəçiliyində  qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirərək vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət sərgiləmişdir.  ''Qoy, ədalət  zəfər çalsın !''-bir zamanlar Heydər Əliyevin söylədiyi bu sözlər bütün işlərin açarı olaraq şüara çevrilmişdi. 

            Heydər Əliyev elə bir parlaq dühadır ki, işığı Azərbaycanımızın hər yərinə, hayatımızın hər sahəsinə təsir etmişdir. O cümlədən, müstəqil respublikamızın ədliyyə sisteminə də....

            Ulu öndərin fəaliyyət spektri o qədər çoxşaxəlidir ki, onun detallarıni cild-cild kitablara sığdırmaq, yazılarda ölümsüzləşdirmək imkansızdır. Ona görə də, milli liderin bu il qeyd olunacaq 100 illiyi ilə əlaqədar olaraq onun Azərbaycan ədliyyəsinin inkişafındakı roluna dair silsilə məqalələr dərc etdirməklə bu sahənin inkişaf strategiyasında ölməz dühanin önəmli rolu və imzasını təhlil etməyə çalışacağıq. Bu yazımda ilkin olaraq Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə-həm Sovet hakimiyyəti illərində, həm də möhtəşəm qayıdışından sonra müstəqillik illərində Azərbaycan ədliyyəsinin inkişafı üçün göstərdiyi xidmətlərinin sayəsində bu sistemin təməlinin qurulması və inkişaf mərhələlərinə nəzər salmaq istərdim. 

            Sovet hakimiyyəti illərində ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəliçilik, ayrı-ayrı zamanlarda ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə əngəl olurdu. Ədliyyə Nazirliyinin əsaslı surətdə təsis olunması ümumilli liderimizin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan  SSR Ali Sovətinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi hayata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizasının aparılmasını təmin etmiş və beləliklə də, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.  Heydər Əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl olunması birinci dərəcəli iş idi. Məhz bunun nəticəsində Ədliyyə Nazirliyinin yaranmasından cəmi 1 ay sonra Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xalq  məhkəmələrinin seçicilər qarşısında hesabatlarının vəziyyəti və hüquqi biliklərin əhali arasında təbliği barədə qərar qəbul etmişdi. 

            Ötən əsrin 70-ci illərində   ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilmiş bir çox qərarlarda dövrün  sosial ictimai-mənəvi gerçəklərinə, aşınmış partiya-sovet təsərrüfat elitasının özbaşınalığına, bürokratçılığa qarşı mübarizə  yer alırdı. Bütövlükdə 1969-87-ci illərdə ədliyyə-hüquq sahəsində sanballı işlər görüldü, bir sıra mühüm qanunlar qəbul edildi, kadr hazırlığı nəticəsində ixtisasli kadrlar ordusu yetişdirildi. Heydər  Əliyevin titanik fəaliyyəti sayəsində müasir hüquq sisteminin formalaşmasına zəmin yarandı. Müstəqilliyini yenidən bərpa edən ölkəmizdə məhz ümumilli liderin rəhbərliyi ilə ədliyyə orqanlarında yəni dönəm başladı. İslahatlar bu strukturun cəmiyyətdə rolu və əhəmiyyətini artırdı, səlahiyyətini  genişləndirdi. Azərbaycanda 22 noyabrın təqvimə ədliyyə işçilərinin peşə  bayramı  kimi düşməsi də 1918-ci ildə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günlə bağlıdır. Ulu öndərin ədliyyə sahəsinə göstərdiyi qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiy gün -22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Göründüyü kimi, ədliyyə sistemimizin sağlam təməllər üzərində formalaşması, onun qanunvericilik bazasının qurulması məhz milli liderimizin sayəsində hər iki ictimai iqtisadi formasiyada yalnız və yalnız milli maraqlara xidmət etmişdir.  

            Dünya təcrübəsi göstərir ki, dövlətin davamli inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə hüquq sisteminin formalaşması vacib şərtdir. Ümumilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu qeyd etməklə onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar hayata kəçirdi.   Müstəqillik illərində ölkəmizdə müasir hüquq düşüncəsinin, təfəkkürünün inkişafı ilə bağlı ciddi addımlar atıldı. Ən mütərəqqi tarixi  sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində bu böyük şəxsiyyətin imzası var. Məhz üçpilləli məhkəmə  sisteminin formalaşması, hakim korpusun yenilənməsi dahi liderin adı ilə bağlıdır. Eyni zamanda ölkəmizdə Konstitusiya Məhkəməsinini təsis edilməsi və fəaliyyətə başlaması, Ombudsman İnstitutunun yaradılması, humanist siyasətin nəticəsi kimi Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğv ədilməsi, unudulmuş əfv və amnistiya təsisatlarının bərpası da milli liderimizin adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, istintaq təcridxanalari da nazirliyin tərkibinə verilmişdir. 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbulu ilə Azərbaycan Respublikası üçün məqbul hesab edilən prezidəntli respublika idarəetmə forması qanunla təsbit edilmiş, hakimiyyətin 3 qolu-icra hakimiyyəti, qanunvericilik hakimiyyəti və məhkəmə hakimiyyəti bir-birindən ayrılmışdir. Ədliyyə qurumu icra hakimiyyətinin tərkibinə daxil edilmiş, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət kimi tanınmış, prokurorluq məhkəmə hakimiyyətinin tərkibinə daxil edilmişdir. Məhkəmə hakimiyyətinin hayata keçirilməsi Konstitusiyasının 125-ci maddəsində təsbit olunub. Onun fəaliyyəti  dövlət hakimiyyətinin funksiyalarına daxildir və ədalət mühakiməsini həyata keçirən, bütün inzibati və hüquqi mübahisələri həll ədən yeganə  dövlət orqanıdır. Başqa sözlə, ədalət mühakiməsi məhkəmənin timsalında yalnız dövlətə mənsubdur və qanunla müəyyən olunmuş qayda və üsullarla həyata keçirilir. Məhkəmə hakimiyyətinin bir qolu olan prokurorluğun yeri və fəaliyyəti də AR Konstitusiyası ilə müəyyən edilmişdir. 

Təməlin möhkəm əsaslarla qurulması hər sahədə işin keyfiyyətinə təsir edir. Azərbaycan ədliyyəsi ulu öndərin əsasını qoyduğu  prinsiplərlə yeni inkişaf mərhələsinə qədəm qoydu, Nazirliyin ənənəvi fəaliyyət istiqamətləri, o cümlədən normativ aktların dövlət qeydiyyatı və uçotu, ekspərtizası, notariat və qeydiyyat, məhkəmə ekspərtizası sahəsində iş yenidən quruldu. Cəzaların icrası sistəminin təkmilləşdirilməsi və islah-tərbiyə işinin humanistləşdirilməsi məqsədilə penitensiar müəssisələrin DİN-dən Ədliyyə Nazirliyinə vərilməsi işi başa çatdı, istintaq aparatı, icra xidməti yaradıldı, bələdiyyələrlə işin təşkili və onların fəaliyyətinə inzibati nəzarətin həyata kəçirilməsi və digər məsələlərlə bağlı Nazirliyə yəni səlahiyyətlər vərildi. Bu gün Azərbaycan ədliyyəsi qloballaşma və informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq inkişaf etməkdədir. Bu modelin hazırlanması idarəçiliyin təkmilləşdirilməsi ilə bərabər yeni təsiretmə və tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılmasını tələb edir. Bu işdə önəmli olan cəmiyyətlə hakimiyyət arasında vəhdəti təmin edə biləcək idarəetmə sisteminin yaradılmasıdır. Deməli, ulu öndərin yaratdığı idarəçilik məktəbi müstəqil dövlət quruculuğu prosesinin tam şəkildə baş tutmasına imkan verib. Bu mənada tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik siyasəti möhkəm təməllər üzərində qurulmaqla ulu öndərin irsinin davamıdır. 

Ötən müddətdə qəbul edilmiş qərar, qanun və fərmanlar bu sahənin inkişafında yeni priaritetləri diktə edib. 2006-cı ildə Nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə orqanı statusu verilib. ''Ədliyyə orqanlarında qulluq keçmə haqqında'' Qanun, Ədliyyənin İnkişafına dair Dövlət Proqramı qəbul ədilib. Azərbaycan ədliyyəsinin inkişafında yaradılmış yeni qurumların-Ədliyyə Akademiyasının, regional ədliyyə idarələrinin, müxtəlif reyestlərin yaradılaraq fəaliyyət göstərməsinin əhəmiyyəti böyükdür. Ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cumlədən, insan haqlarının ətibarlı qorunması, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində  də əhəmiyyətli işlər görülür. Vətəndaşlara kəyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması ilə bağlı priaritetlər Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Müasir informasiya-kommunikasiya texnologiyaları  və elektron xidmətlərin  tətbiqi ilə vətəndaşların qəbulu qaydası təkmilləşdirilir, səyyar qəbullar mütamadi xaraktər daşıyır. Bu isə həm şəffaflığa, həm də operativliyə zəmin yaradır. Statistik həsablamalara görə, 2022-ci ildə elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib. Xidmətlərin istifadə sayı 3 dəfəyədək artaraq 1.3 milyomu ötüb. Son ildə aparılan notariat hərəkətlərinin sayı 4 milyona yaxın olub, 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, nikah və doğumların sayı artıb. ''Mobil notariat'' vasitəsilə gündəlik 1000-ə yaxın notariat əməliyyatları aparılır və funksionallığı genişləndirilir. ''Mobil əhali'' vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı innovativ xidmət imkanı yaradır. Məsafədən ədliyyə xidmətlərinin göstərilməsi ilə bağlı yaradılmış ''ƏN TEZ'' (Ədliyyə Nazirliyinə Təcili Eləktron Zəng) innovasiya köşkü isə vətəndaşlara ədliyyə orqanlarına videozənglə müraciət etmək, yerində xidmət göstərilməklə sənədləri əldə etmək imkanı yaradacaq. Bu model yeni infrasturkturun yaradılmasını, əlavə işçi qüvvəsinin cəlb edilməsini istisna etməklə bu sahədə izafi xərclərin qarşısının alınması üçün geniş imkanlar yaradır. ''Eləktron icra'' informasiya sisteminin tətbiqi məhkəmə qərarlarının işinin yaxşılaşmasına xidmət edib. Bunun sayəsində 443 mindən çox sənədin icrası təmin edilib. Əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, hər bir şəxsin maraq və mənafelərinin temin olunmasını önə çəkən ulu öndərin ''AR-da vətəndaşlıq vəziyyəti aktlarınını dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında'' 31 iyul 2002-ci il tarixli Fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ədliyyə orqanlarının əməkdaşları tərəfindən səyyar qaydada aparılması müəyyən edilmiş, bununla da əhalinin öz hüquq və vəzifələrini həyata kəçirməsi üçün əlverilşli şərait yaradılmışdır. 

Göründüyü kimi, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Qurucusu olduğu müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Bu uğurları görmək, bu dövrün müasiri olmaq və müstəqil Azərbaycanımızın daha da inkişafına xidmət etmək,  ''Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır''-dəyən milli lider Heydər Əliyevin tövsiyyə və tapşırıqları biz məmurlar üçün ən ümdə vətəndaşlıq vəzifəsidir.


 MARAL HƏSƏNOVA 

NİZAMİ RAYON QEYDİYYAT ŞÖBƏSİNİN RƏİSİ