Vətənpərvərliyin və sədaqətin nümunəsi – Fuad Rzayev
19-mar, 14:10 9 Gündəm / Cəmiyyət
Azərbaycan cəmiyyətində dövlətə və dövlətçiliyə sədaqəti, vətənə bağlılığı və yüksək insani keyfiyyətləri ilə seçilən şəxslər hər zaman xüsusi hörmət və rəğbətlə qarşılanır. Belə nümunəvi insanlardan biri də Fuad Rzayevdir. O, öz həyat yolu və fəaliyyəti ilə sübut edir ki, vətənpərvərlik yalnız sözlə deyil, əməli fəaliyyətlə təsdiq olunan ali dəyərdir.
Fuad Rzayev dövlətinə və xalqına sadiq, milli-mənəvi dəyərlərə bağlı bir şəxs kimi tanınır. Onun fəaliyyətində əsas xətti Azərbaycan dövlətçiliyinə xidmət, ölkəmizin inkişafına töhfə vermək və cəmiyyətə faydalı olmaq təşkil edir. O, hər zaman dövlət maraqlarını üstün tutaraq, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə çalışır. Bu isə onun məsuliyyətli və prinsipial insan olduğunu açıq şəkildə nümayiş etdirir.
Müasir dövrdə ölkəmizin qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu uğurların təməlində isə güclü siyasi iradə və uzaqgörən rəhbərlik dayanır. Xüsusilə İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Fuad Rzayev də bu inkişaf yolunu daim dəstəkləyən, dövlət başçısının həyata keçirdiyi siyasəti yüksək qiymətləndirən vətəndaşlardandır.
Fuad Rzayevin vətənpərvərliyini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onun şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdır. Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələrinə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq, qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına kömək etmək onun həyat prinsipinə çevrilmişdir. O, bu fəaliyyəti ilə yalnız humanist bir insan olduğunu deyil, eyni zamanda yüksək vətəndaş məsuliyyəti daşıdığını nümayiş etdirir.
Fuad Rzayev müxtəlif vaxtlarda şəhid ailələri ilə görüşlər keçirir, onların qayğılarını dinləyir və imkanları daxilində dəstək göstərir. Qazilərin müalicəsi, sosial təminatı və gündəlik problemlərinin həllinə kömək etməsi onun nə qədər həssas və diqqətli bir insan olduğunu sübut edir. Bu cür xeyirxah əməllər cəmiyyətimizdə həmrəylik və birlik ruhunun daha da güclənməsinə xidmət edir.
Onun fəaliyyəti yalnız sosial yardımlarla məhdudlaşmır. Fuad Rzayev gənc nəslin vətənpərvər ruhda yetişməsinə də xüsusi diqqət yetirir. O, gənclərlə görüşlər keçirərək onlara dövlətə sədaqətin, vətənə sevginin vacibliyini aşılayır. Gənclərin sağlam düşüncəli, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək onun əsas məqsədlərindən biridir.
Fuad Rzayev həm də sadəliyi, səmimiliyi və insanlara qarşı diqqətli münasibəti ilə seçilir. Onunla ünsiyyətdə olan hər kəs bu xüsusiyyətləri dərhal hiss edir. O, cəmiyyətin müxtəlif təbəqələri ilə səmimi münasibət qurur, hər bir insana hörmətlə yanaşır və bu keyfiyyətləri ilə ətrafındakıların rəğbətini qazanır.
Dövlətə və dövlətçiliyə sədaqət, vətənə sonsuz sevgi və insanlara qayğı – bütün bu xüsusiyyətlər Fuad Rzayevin şəxsiyyətini xarakterizə edən əsas cəhətlərdir. O, öz fəaliyyəti ilə sübut edir ki, hər bir vətəndaş ölkəsinin inkişafında, cəmiyyətin rifahında mühüm rol oynaya bilər. Onun həyat yolu gənc nəsil üçün də örnəkdir və vətənə xidmətin ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Belə insanlara cəmiyyətin hər zaman ehtiyacı var. Çünki məhz belə vətənpərvər və sədaqətli insanlar dövlətin dayağı, xalqın ümid yeridir. Fuad Rzayev də bu baxımdan seçilən, hörmətə layiq bir şəxsiyyət kimi daim yüksək qiymətləndirilir.
Sonda Fuad Rzayevi müqəddəs Ramazan ayı və Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik. Uca Allahdan oruclarının qəbul olunmasını diləyir, ona möhkəm can sağlığı, ailə xoşbəxtliyi və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Novruz bayramı isə hər zaman olduğu kimi, evinə sevinc, süfrəsinə bolluq və həyatına xoşbəxtlik gətirsin!
Vüqar Əsədov




