Danışıqların ikinci raundu sabah keçiriləcək

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 22-də keçirilməlidir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” yayıb.
Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens bu gün Vaşinqtondan yola düşəcək. 
Ağ Ev isə “CNN”ə danışıqların vaxtına dair rəsmi məlumatın olmadığını bildirib. 
Xatırladaq ki, bundan əvvəl ABŞ və İran arasında İslamabadda danışıqlar aprelin 11-də keçirilsə də, tərəflər bir sıra fundamental məsələlərdə razılığa gələ bilməyiblər.