“İdxalın qarşısı alınsa, daha bahalı yerli kərə yağı almaq məcburiyyətində qalacağıq”
13-mar, 10:54 163 GündəmSosial şəbəkələrdə kərə yağlarının maya dəyərinin qiymətinin artması ilə bağlı məlumatlar var. Maya dəyərinin qiymətinin artmasını bir neçə amillə əlaqələndiriblər. Bir qisim şəxs yem qiymətlərinin artması, digərləri isə heyvandarlıq sahələrinin azalması ilə əlaqələndiriblər. Bu səbəbdən də ekspertlər yağ istehsalının sərfəli olmadığı qənaətinə gəliblər. Daha çox idxalının tərəfdarıdırlar. Yəni yerli istehsalın gəlir gətirməyəcəyini güman ediblər.
Xatırladaq ki, ötən ay idxal olunan kərə yağı 20 manatdan yuxarı satılıb. 2022-ci ildə Azərbaycana 108 milyon 182 min dollar dəyərində 18 min 563 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2021-ci illə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsində 37,1%, miqdar ifadəsində 23,5% artıb. Bir ton kərə yağının orta idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara yüksəlib.
Bəs o zaman kərə yağı idxalının artmasının səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Paşazadənin sözlərinə görə, bəzi torpaq sahələri əkinə yararlı deyil:
“Bu səbəbdən də həmin sahələrdə heyvan saxlamaqla məşğuldurlar. Süd məhsulları və kərə yağının istehsalının artımı və xarici ölkələrə satılması, artıq ənənəyə çevrilib. Məhsullar siyahıya alınmalıdır. Və statistika ilin əvvəlində artımları dövlətə bildirməlidir”.
C.Paşazadə qeyd edib ki, istehsalı az olan məhsul idxal olunmalıdır:
“Kərə yağının istehsalı azdırsa, satılmalıdır. Bu daxili bazarda bahalaşmaya səbəb olur. Məhsulun idxal və ixrac olunması siyahı hesabına olmalıdır. Təəccüb doğurası hal deyil”.
İqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, məhsul istehsalının artıb və ya azalması fermerlərin istəyinə bağlıdır:
“Fermerlərin özləri buna qərar verirlər. Onlar özlərinin maraqlarından çıxış edirlər. Əgər kərə yağının maya dəyərinin qiyməti artıbsa, digər ölkələrdə daha ucuzdursa, idxalı normaldır. Azərbaycanın ərazisi o qədər böyük deyil ki, bütün istiqamətlərdə inkişaf etsin”.
X.Kərimli əlavə edib ki, kərə yağının istehsalının qarşısı alınsa, daha bahalı yerli məhsul almaq məcburiyyətində qalacağıq:
“Kərə yağını, südü özümüz istehsal edib, tələbatı ödəməyimiz ciddi itkilərə səbəb olacaq. Alıcılar da daha baha alacaqlar. Daha ucuz məhsul istehsal ediləcəksə, bu alıcıların marağına uyğundur. Bazarın inkişafı üçün də uyğundur. Burada bizi narahat edən məsələ yoxdur.
Azərbaycanda son vaxtlar iri fermer təsərrüfatları yaradılıb. Təsərrüfatlarda yem komponentləri bahalaşıb. Bunlar hamısı idxal hesabınadır. Fermer də idxal etmək üçün qiyməti qaldırır. Çünki fermerin xərcləri artır”.
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevin fikrincə, kərə yağının ölkə daxilində tələbatını təmin etmək lazımdır:
“Ölkədə hər şeyin qiyməti qalxıb. Südün də qiymətində artımlar müşahidə olunmaqdadır. Bütün bu amillər hamısı kərə yağının qiymətinə də təsir edir. Kərə yağının ölkə daxilində tələbatını təmin etmək lazımdır. Kərə yağının qiymətinin qalxması o demək deyil ki, biz onu daha istehsal etmirik”.
Ekspert yerli məhsulun daha keyfiyyətli olduğunu söyləyib:
“Xaricdən gətirilən kərə yağların bəzilərinin hazırlanmasında spreylərdən istifadə olunur. Yağa bənzər rəng və ya dadverici maddələrdən hazırlanır. Lakin yerli kərə yağları süddən hazırlanır. Yerli məhsullar isə normaldır. Yerli istehsal keyfiyyətlidir. Xaricdən gətirilənlərin mənşəyi, mənbəyi öyrənilməlidir”.
E.Fərzəliyev qeyd edib ki, orqanizmə normadan artıq yağ daxil olduqda sağalmaz xəstəliklər yarana bilər:
“İnsanlar yağdan çox istifadə edirlər. Orqanizmə bəzən normadan artıq yağ daxil olur. Bu da bəzən sağalmaz xəstəliklərə zəmin yarada bilər”.
Ümumiyyətlə, ötən il kərə yağının qiymətində artım müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabr ayında Azərbaycanda xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta satış qiyməti 20,16 manat olub. Ötən ay yerli kərə yağının qiyməti isə 19,04 manat olub.
Nəzrin Vahid