BMT-nin baş katibi hantavirusun risk səviyyəsini AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, "MV Hondius" kruiz gəmisindəki hantavirusun ictimaiyyət üçün risk səviyyəsi aşağı olaraq qalır.
 Oxu.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında vəziyyətlə bağlı şərh verib:
 "Hazırda virusun insan sağlamlığı üçün təhlükəsi aşağı olaraq qalsa da, beynəlxalq səhiyyənin səylərini "MV Hondius" laynerinin sərnişinləri və ekipajı da daxil olmaqla hamının təhlükəsizliyinin təmin edilməsinə yönəltmək vacibdir".
 Həmçinin o, hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə hantavirus epidemiyasına nəzarət üzrə tədbirlər görən bütün dövlətlərin müvafiq orqanlarına dəstəyini ifadə edib.