Vətənə və dövlətə sədaqətin nümunəsi – iş adamı Elşən İsmayılov
25-may, 14:15 15 Gündəm / Sosial
Azərbaycanın müasir inkişaf yolunda dövlətinə, xalqına və milli dəyərlərinə bağlı olan iş adamlarının xüsusi rolu vardır. Bu gün sahibkarlıq fəaliyyəti ilə yanaşı, vətənpərvərliyi, insanlara diqqəti və xeyirxahlığı ilə seçilən şəxslər cəmiyyətin böyük rəğbətini qazanırlar. Belə nüfuzlu insanlardan biri də “Ekskluziv Elektrik” şirkətinin rəhbəri, vətənpərvər iş adamı Elşən İsmayılovdur. O, fəaliyyəti, yüksək insani keyfiyyətləri və dövlətçiliyə sədaqəti ilə seçilən nümunəvi şəxslərdəndir.
Elşən İsmayılov təkcə uğurlu sahibkar kimi deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, dövlətini sevən və xalqının rifahını düşünən bir ziyalı iş adamı kimi tanınır. Onun həyat və fəaliyyət yoluna nəzər saldıqda görürük ki, qazandığı uğurların təməlində zəhmət, dürüstlük, xalqa xidmət və vətən sevgisi dayanır. Bu gün rəhbərlik etdiyi “Ekskluziv Elektrik” şirkəti öz fəaliyyəti ilə ölkəmizdə etibarlı və peşəkar şirkətlərdən biri kimi tanınırsa, burada Elşən İsmayılovun uzaqgörən idarəçiliyi və məsuliyyətli fəaliyyəti xüsusi rol oynayır.
Elşən İsmayılov hər zaman Azərbaycan dövlətinin uğurlarını yüksək qiymətləndirən, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləyən iş adamlarından biridir. O, daim çıxışlarında və fəaliyyətində dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri böyük qürur hissi ilə qeyd edir. Çünki Elşən İsmayılov yaxşı anlayır ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi inkişafı və güclü dövlətə çevrilməsi məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Vətənə bağlılıq insanın təkcə sözündə deyil, əməlində də görünməlidir. Elşən İsmayılovun fəaliyyəti isə bunu açıq şəkildə sübut edir. O, hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərən xeyirxah insanlardan biri olub. Müharibədə canından keçən qəhrəman şəhidlərimizin ailələrinə dəstək olmaq, qazilərimizin problemləri ilə maraqlanmaq onun üçün sadəcə sosial məsuliyyət deyil, mənəvi borcdur. Çünki Elşən İsmayılov Vətən uğrunda canından keçən insanların ailələrinin daim dövlət və cəmiyyət tərəfindən diqqətdə saxlanılmasının vacibliyini dərk edir.
Xüsusilə Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Elşən İsmayılov da bu istiqamətdə həyata keçirilən tədbirlərə öz töhfəsini verən və hər zaman həssas kateqoriyadan olan insanlara dəstək göstərən sahibkarlardandır. Onun xeyirxah əməlləri, humanist addımları insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Elşən İsmayılovun ən böyük xüsusiyyətlərindən biri də sadəliyi və insanlara səmimi münasibətidir. O, qazandığı uğurlara baxmayaraq, təvazökarlığını qoruyub saxlayan insanlardandır. İnsanlarla münasibətdə hörmət və diqqəti əsas prinsip kimi qəbul edir. Məhz bu xüsusiyyətləri onu cəmiyyət arasında sevdirən əsas amillərdəndir.
Bu gün Azərbaycan sahibkarları ölkənin iqtisadi inkişafında mühüm rol oynayırlar. Dövlətin sahibkarlara yaratdığı geniş imkanlar nəticəsində yeni iş yerləri açılır, iqtisadiyyat güclənir və insanların rifahı yüksəlir. Elşən İsmayılov da dövlətin sahibkarlığa göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən iş adamlarındandır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafına yaradılan şəraitin ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını hər zaman vurğulayır.
“Ekskluziv Elektrik” şirkətinin uğurlarında da məhz peşəkarlıq, dürüstlük və keyfiyyət prinsipləri dayanır. Elşən İsmayılov rəhbər kimi kollektivdə sağlam iş mühitinin formalaşmasına xüsusi önəm verir. O, əməkdaşlarına diqqətlə yanaşır, onların sosial rifahını düşünür və peşəkar inkişafına dəstək göstərir. Bu isə şirkətin fəaliyyətində öz müsbət nəticəsini verir.
Elşən İsmayılov üçün vətənpərvərlik yalnız şüar deyil, həyat amalidir. O, dövlətinə və xalqına bağlılığı ilə seçilən insanlardandır. Azərbaycanın ərazi bütövlüyünün bərpasını böyük qürur hissi ilə qarşılayan Elşən İsmayılov hər zaman qalib Azərbaycan Ordusunun yanında olduğunu bildirib. O, ölkəmizin qazandığı tarixi Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı nəticəsində əldə edildiyini böyük iftixar hissi ilə qeyd edir.
Cəmiyyət üçün faydalı olmaq, insanlara dəstək vermək və xeyirxahlıq etmək hər insana nəsib olmur. Bu keyfiyyətlər böyük ürək, saf niyyət və yüksək mənəviyyat tələb edir. Elşən İsmayılov da məhz belə insanlardandır. Onun fəaliyyəti göstərir ki, həqiqi uğur yalnız maddi nailiyyətlərlə ölçülmür. Əsl uğur insanların hörmətini qazanmaq, onların qəlbində özünə yer etməkdir.
Bu gün Elşən İsmayılovun adı həm sahibkarlıq sahəsində, həm də ictimai mühitdə hörmətlə çəkilir. Çünki o, hər zaman dövlətinə sadiq, xalqına bağlı və vətəninə layiqli vətəndaş olmağa çalışır. Belə insanlar cəmiyyətimizin mənəvi dayaqlarıdır. Onların fəaliyyəti gənc nəslə örnək olur, insanlarda vətənə və dövlətə sevgi hissini daha da gücləndirir.
Elşən İsmayılovun həyat yolu bir daha sübut edir ki, zəhmət, dürüstlük və vətən sevgisi insanı ucaldan ən ali keyfiyyətlərdir. O, bu gün də öz fəaliyyəti ilə dövlətinə, xalqına və cəmiyyətə xidmət etməkdə davam edir. Azərbaycan dövlətçiliyinə sədaqəti, Prezident İlham Əliyevin siyasətinə dəstəyi, şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğı onun şəxsiyyətinin ən dəyərli xüsusiyyətlərindəndir.
Belə insanlar yaşadıqları cəmiyyətin qürur mənbəyidir. Elşən İsmayılov da öz əməli, xeyirxahlığı və vətənpərvərliyi ilə hər zaman hörmət və ehtiramla anılan insanlardan biridir.
Səxavət Nur





