Hər kəsin öz karvanı
18-okt, 14:15 45 Gündəm / Cəmiyyət(“Dəyişən dünyanın dəyişməz insanları” layihəsində, məsləhətçi akademik Nizami Cəfərov)
Yer üzündə Tanrı tək, hər kəsin qəlbində isə Tanrının yeri fərqlidir.
Küçə ilə bir qızcığaz irəliləyirdi. Nə yerişi, nə görkəmi ilə heç kəsin diqqətini cəlb eləmirdi. Hiss olunurdu ki, tələsir. Bütün varlığı ilə öz dünyasına qapılıb. Ümid dolu baxışları gələcəkdə, çox illər sonrada qanad çalırdı. Fərdin dünyadərkini, insanlara, cəmiyyətə, həyata münasibətini, bir
şəxsiyyət olaraq formalaşıb, kamilləşməsinin mürəkkəb prosesini hadisələr burulğanında yetkinləşən xarakterini, xarakterinin, təsvirini göstərmək üçün həyati mücadilələr, zəhmət böyük imkanlar açır. Və, həmin imkanların gözəlliyi səmimiyyət və etibardan doğmalıdır ki, həyat mücadilələrinin nəticəsi yazılacaq “Ömür kitabının” tərcümanına çevrilsin. Bitkin, dolğun mənalı bir “Ömür kitabı” yazıla bilsin. İnsan keçdiyi ömür yolunun mənalılığına öncə özü inansın, sonra isə onu tanıyanları inandıra bilsin. Atdığı hər addımı ali məqsədinədək çatdırmağı bacarsın. Bu xarakter cizgiləri isə ağrıya-ağrıya kamilləşən insanların böyüklüyüdür. Bu xarakter cizgilər həyatla, zamanla, məqsədlərinin, məramlarının arasında əlaqə bağlarını tapanlarda üzə çıxır. Yazımızın qəhrəmanı “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinin sədri, ictimai xadim, Azərbaycanın dəyərli xanımlarından biri, vətənsevər, Azərbaycanın əsl vətandaşı, xeyirxah insan Mahirə Əsədovadır. Azərbaycanın sosial ictimai həyatında axtarışlar prosesində zaman və illər ərzində ardıcıl şəkildə bu əlaqə bağlarının yeni-yeni ilmələrini həm yaratmış, həm artırmış bir insan, bir ana, bir xanım, bir qadın nümunəsi. Mahirə Əsədovanın ictimai fəaliyyətinin əsas qayəsi Azərbaycan mövzusudur, qlobal bir Azərbaycan. Azərbaycan cənnətimiz, ana vətənimiz, hər kəsin ən ağrılı mövzusu olan Qarabağ mövzusu... Qarabağ hər bir özünü azərbaycanlı hesab edən fərd üçün bir yaradır, bir yanğıdır, bu gün isə bunların üstünə fəxarət və qalibiyyət hissi əlavə olundu. Həyatını Azərbaycanın intibahı, gözəlləşməsi, inkişafı üçün xərcləyən insanlar bütün bunları içdən yaşayır. Onların öncüllərindən biri Azərbaycanın, Qarabağın həyatında böyük işlər görmüş, sosial lahiyələrin birbaşa müəllifi olan Mahirə Əsədovadır. Qarabağ ümumi bir məfhumda qəhrəmanlıq dastanları, zəngin yeraltı, yerüstü sərvətləri, səfalı, təbiəti ilə dillər əzbəri olan bir məkandır. Qarabağ ağrıdı, Qarabağ dərddi, Qarabağ faciədi, Qarabağ fəlakətdi, Qarabağ göz dağıdı, Qarabağ şəhid qanından yorğulan torpaqdır, Qarabağ igidlərin sınaq meydanıdır, Qarabağ zəfərin simfoniyasıdır, minlərlə şəhidin baş hərflərindən ibarət simfoniya. Ona görə də, bu gözəllik, bu sərvət, bu xəzinə Tanrıdan peşkəşdi, bu xəzinə çoxlarının gözünə batdı. Gözü oxlanmış düşmənin gözlərini ovdu.
Yağıların ayaqlarının altında inildəyən torpağım oyy, dağım oyy,
Sızım-sızım, sızıldayan oylağım, viran olmuş gülşənim oyy, bağım oyy...
Mayasında, qanında Qarabağ havasını, saflığını, təmizliyini Qarabağlı olmadan daşıdığı üçün Mahirə Əsədova nümunəvi insanlardan birirdir. Dahilərin hikmətli sözlərinə söykəndikdə, görüb götürdüklərimizi xəlbirdən keçirdikdə görürük ki, qonağı olduğumuz bir ucu gəlimli, bir ucu ölümlü dünyamız bir növ teatrdı. Hər kəsin bu dünya teatrda öz gəlişi, öz gedişi, öz rolu, və öz sözü var. Bir sözlə, hərənin öz karvanı... Hərə bu dünyada öz yükünü daşıyır. Bu karvaının isə öz sarbanı var bu dünyada. Bir az da dərindən düşünəndə görürsən ki, dünya bir məktəbdir. Elə məktəb ki, çoxlarımız ilkin və psixoloji dərslərimizi elə buradaca alır, bərkiyə - bərkiyə mükəməlləşirik. kimisi bu dərsləri uğurla, kimisi isə aşağı qiymətlərlə başa vurur. Həyat qaynayan əməllər, fikirlər təşnəsidir. Müqəddəs olan hər şey-Sevgi, Eşq, Namus, Qeyrət, Vətənsevərlik, Sədaqət, Vətəndaşlıq kimi bəşəri Tanrılara elə buradaca tapınırıq. Onun – Mahirə Əsədovanın həyat yolunun başlanğıcı zəhmətdən bünövrəsini götürüb. O, bir çox müsahibələrində çəkinmədən çox qürurla, çox fəxarətlə bunu söyləyir: “Mən zəhmətə xadiməlikdən başlamışam”... Həyat yolunu zəhmətdən başlayan insanlar heç vaxt zəhmət, zəhmətkeş, əməkçi insanlara kəm gözlə baxmaz. Zəhmətin nə olduğunu bilənlər zəhmətkeşə böyük qiymət verər. Mahirə xanım məhz bu qəbildən olan insanlardandır, ictimai, siyasi və rəhbər vəzifə pilləsinədək necə vardısa eləcə də qaldı. Onu nə mövqeyi, nə tutduğu vəzifələri, nə ictimai statusu dəyişə bildi. Belə qəbildən olanlara “Xalqın adamı” titulunu məhz xalqın özü verir. Görəsən, hansı böyük təltif, medallar, statuslar, xalq etimadından, etibarından, ehtiramından, üstün ola bilir?! Bunlar hamısı gəldi gedərdi, xalq və onun sevgi, məhəbbəti isə əbədiyaşardı. Bu haqqı isə Mahirə Əsədova öz dəyərli fəaliyyəti və əxlaq modeli ilə qazana bildi. Onun sonrakı həyat fəaliyyətində əmək, zəhmət çalarları öz silinməz yerini tutdu. Belə qəbildən olanlara “Xalqın adamı” titulunu məhz xalqın özü verir. Xalqın, elin məhəbbətini qazanmaq nə deməkdi? Hörmət, diqqət və sairələrdən bu dediyimiz məhəbbət nə ilə fərqlənir? İlk növbədə el məhəbbətini qazanan insan “Azərbaycan xalqı” adlanan toplumun doğmasına çevrilir. Mahirə xanımın birinci xoşbəxtliyi ondadır ki, o, xalqın içindən doğulub. Heç bir zaman xalqından ayrı düşməyib. Onun həyat tərzi, fəaliyyəti, gördüyü işlər göz qabağındadır. Bunun sübuta heç bir ehtiyacı yox. Bu mürəkkəb həyat yolunda onun yeganə bələdçisi Tanrıdan payına düşən vergi - ləyaqəti oldu. İnsanda milli qeyrət, milli qürur kimi ləyaqət ölçüləri varsa, deməli, o, sözün əsil mənasında dünyanın ən xoşbəxtidir. Bu, onu yaşadıb, şöhrətləndirib, həyat yolunda onun nurlu bələdçisi olub. Çünki o, xalqına doğmalıq yolu ilə irəliləyib və irəliləməkdədir. Mahirə xanımı tanıyanlar bilir ki o, öz şəxsiyyətini heç zaman boş, ötəri, dəyəri olmayan işlərə sərf etməyib. Onun gördüyü Azərbaycan üçün, Türk dünyası üçün, Azərbaycan mədəniyyəti, ümumi bəlamız olan Qarabağ, şəhid xatirələri və şəhid ailələri üçün etdikləri dəyərli işlər buna bariz sübutdur. Mahirə Əsədova lap çoxdan xalqın doğmasına çevrilib. Keçək əsas meyar olan etibara... İctimai insan üçün vacib olan bir dəyərdi etibar. Həyatda etibarı qazanmaq üçün uzun yol qət etməlisən. Etibar dediyimiz şəxsiyyəti bəlli edən bu ölçü meyarını qazanmaq çətin, itirmək isə çox asandır. Bir yanlış addım, bəlkə də yerində deyilməyən bir kəlmə bəs edər. Tanrı bizi bu itkidən qorusun! Kədərli olsa da qeyd etməliyik ki, Azərbaycan müstəvisində elə şəxslər var ki, fəaliyyət satatusları ilə çox yüksəkdə dayanırlar. Bunu hamımız bilirik. Etibar mənasında isə heç insanlığın kəndarında da deyillər. Xalq etibar etdiyi övladlarından çox şey umur. Birbaşa tələblərə gəldikdə etiraf etməliyik ki, Mahirə xanım o şəxslərdəndir ki, millət vəkili seçilməsə də millətin vəkili adını ləyaqətlə doğruldub. Bu adı ona xalqı verib. Görünən dağa nə bələdçi, el arasında Mahirə Əsədova “xeyirxah, mərhəmətli, əl tutan” insan kimi tanınır. Bu kəlmələr isə elə-belədən yaranmayıb. Xalq məhəbbəti özü-özlüyündə bərəkətlidir. Bu bərəkət isə xalqın inamından qaynaqlanır. Burdan bir nəticə çıxır. Hər bir üzdə olan insan xalqına, xalq isə öz növbəsində umduğu, küsdüyü insanına, adamına möhtacdır. Bütün bunları anlamaq üçün nə gərgin mübahisələrə, nə də ki, mövqelərin qütbləşməsinə ehtiyac var. Hər bir uğurlu insanın ən yüksək keyfiyyətlərindən biri də təbiətən iradəli olmasıdır, iradəli insanların yeridir həyati mübarizələr. Mahirə xanım lap əvvəldən müəyyənləşdirmişdi həyat yolunu. Məqsəd və məramının bütövlüyü, dönməzliyi onu arzuladığı Böyük yola çıxardı; Kiçik cığırlar birləşərək Böyük yola çevrilir. Hər bir həyat mübarizəsinin, mücadiləsinin nüvəsində böyük məram dayanır. Ən doğrusu məqsəd və ideya dayanır. Hər bir kamil insan, kamilliyyə çatanacan döyüşləri uduzur. Bu həyat fəlsəfəsidir, uduzan udur. Uduzmağı böyük, qlobal mənada vurğulamırıq, əziz oxucu. Hər bir Böyük yolun zirvəsinə çatmaq, məqsəd və ideyanı əldə etmək üçün həyat və tanrının özü insan övladına maneələr, sınaqlar verir. Çünki kamil, müdrik, sınanmış, mübariz, əqidəli, ləyaqətli, şərəfli insanlar lazımdı vətən üçün, millət üçün. Döyüşləri uduzmaq müharibəni uduzmaq demək deyil... Allah sevdiyi, seçdiyi bəndələrini sınağa çəkir. Sonra isə mükafatlandırır. Mahirə Əsədova Allahın ucalığında həmin seçilmişlərdəndir. “Mənim üçün böyük sevgi İlahi eşqə olan sonsuz bir sevgidir”- bu, yazımızın qəhrəmanı Mahirə Əsədovanın ifadəsidir. Yazımızın yarımsərhlövhəsində “göy üzündə Tanrı bir, hər kəsin qəlbində isə onun yeri fərqlidir” ifadəsini elə-belədən işlətməmişik. Çünki qəhrəmanımızın tanrısına səmimi, saf bir eşqlə bağlandığının fərqindəyik. Mahirə xanım Allahla danışan insanlardandır. Bu ağlamalı, bir az da gülməli dünyada hərənin, hər bir kəsin öz daşıyacağı yükü var. Bunu isə Allah bilir, Allah görür. Allah öz seçilmişlərindən umur. Fərdin dünyanı dərkində, Tanrı ucalığında, dünyaya gəlişinin bir mənası, bir missiyası olur. Biri sıradan bir vətəndaş kimi, biri isə vətəninin, torpağının, xalqının, millətinin təəssübünü çəkən şəxsiyyət kimi yetişir. Sıradan vətandaş ailəsinə bağlı bir vətandaşdır. Övlad böyüdür, ərsəyə gətirir, əgər gücü çatırsa, vətən üçün qabiliyyətli, yararlı vətəndaşlar yetişdirir. Şəxsiyyətin isə missiyası tam başqadır. Beləliklə, Tanrıya yaxınlaşan, onu ruhunda, qəlbində gəzdirən hər kəs Tanrı ilə ünsiyyətinin son nöqtəsini qoyur. Allaha olan sevgisini, eşqini, vətənə, xalqına, millətinə olan diqqəti, doğmalığı, sevgisi, ehtiramı ilə ödəyir. Tanrı ucalığında sevginin Allah eşqinə çevrilməsi insanın dünyadərkində beləcə yaranır. Ana, övlad, valideyn, yer, yurd, vətən sevgisini-bu bəşəri varlıqları bir yerə cəmləyən Allah eşqi. Allah deyir, “səndən hərəkət, məndən bərəkət”...
Bunu dərk edən insan heç zaman ucuzlaşa, dəyərsizləşə bilməz! Qafil nə anlar bundan?! Anlayan üçün, bu dəyərləri bilən üçündür bütün bu anlamlar. Allah eşqi, İlahi eşq yaradanın insanlıq üçün ən böyük və ən dəyərli lütfüdür. İnsanı insan edən, onu böyüdən, aliləşdirən bir hiss. Mahirə Əsədova bütün bunları, bu aliliyi, ruhunda, cismində cəmləyən bir insan olaraq... Onun bütün müsahibələrində bunu hiss edirsən. Allahla olan ünsiyyət, Allahı qəlbində daşımaq, Tanrı ilə olan dialoq...
İnsan Tanrı ilə, cismi ilə yox, qəlbi ilə, ruhu ilə danışır. Allah belə istəyir, Allah belə yaradıb. Qəlbin, ruhun Allaha doğma olmalıdır. Allah bunu istəyir. Mahirə xanım bu baxımdan böyük bir nümunədir. Azərbaycan üçün, böyük Türk dünyası üçün, Qarabağ üçün, isanlıq üçün, millət üçün, mədəniyyət üçün, təhsil üçün gördüyü işlər göz qabağında və danılmazdır. Onun xalqına, millətinə illərlə göstərdiyi doğmalıqdan irəli gələn, yanımcıllıqdan irəli gələn xidmətini danmaq qeyri-mümkündür. Qarabağ mövzusu hər bir ləyaqətli, şərəfli vətən övladı kimi onun da yaralı yeridir. O, Qarabağ üçün hər şey etməyə çalışdı. Bəli, etdikləri çox böyük, qlobal işlərdir.
Mahirə xanım bunu gözəl bilir. Bəzi dünya şöhrətli insanları, elə özünün məsləkdaşı, ruh əkizi Hacı Zeynalabdin Tağıyevi yada salmaq yerinə düşər. (Biz Mahirə Əsədovanı Azərbaycan üçün böyük işlər görmüş, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə bənzədirik). O, da böyük sərvəti elə belədən qazanmamışdı. Adi baltaçılıqdan böyük milyonlara gedən yolda dəyişməz bir Zeynalabdin oldu. O, da heç zaman keçmişini unutmadı. Bəndə unutqandır. Buna görə baltasını görk olaraq qapısının üzərindən asmışdı. Birdən yanılar, keçmişini unudar. Mahirə Əsədova Zeynalabdin ruhunun daşıyıcısıdır. Nə xoş insanlığa, nə xoş Azərbaycan vətəndaşına. Dünyada belə insanların sayı az da olsa var. Yoxsa dünyamız məvhərindən qopar. Mayasında, qanında Türk havasının saflığını, təmizliyini daşıyır, məhz bu amil Mahirə xanımı pis adam olmağa qoymadı. Atadan, anadan, qana keçən təmizlik, səmimiyyət, saflıq, zəhmətkeşlik onu bu gün Azərbaycanın dəyərli Mahirəsi etdi. Çünki ailədən, atasından belə görmüşdü. Atası ali təhsilli insandır. Ailəsini dolandırmaq üçün iki işdə işləyirdi. Bunu isə özünə əskiklik bilmirdi. Bu tərbiyədir, bu əxlaq modelidir, ailədən götürülən. Nə tökülürsə, o da yığılır.
Zəruri giriş
Dünya üçün epitapiya – Mənalı ömür yolu
Mahirə Əsədova müsahibələrin birində demişdir: “Ölkə başçımıza ən gözəl hədiyyə onun rəhbərlik etdiyi dövlətə layiqincə xidmət etməkdir”. Biz həqiqətən də Mahirə xanımın fəaliyyətini izlədikdə onun nə qədər vətənpərvər, xalqına, millətinə bağlı biri olduğunun şahidi olduq. İctimai fəal Azərbaycan qadını “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinin sədri Mahirə Əsədovanın fəaliyyətinə nəzər salaq. “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyi 2005-ci il avqustun 12-də qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaq məqsədi ilə yaradılıb. Mahirə Əsədova 2014-cü il yanvar ayının 25-də “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinə sədr seçilib. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadını” layihəsinin rəhbəri olub. Bu layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitab nəşr olunub və təqdim edilib. 2011-ci ildə “Azərbaycan qadını” layihəsinin uğur qazanması ilə əlaqədar “Həftə içi” qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Best of the best-yaxşıların yaxşısı” mükafatına layiq görülüb. 2011-ci il mart ayında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirməsi prosesini maliyyələşdirib. 2012-ci ilin yanvarında ideyası əsasın- da “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinə məxsus “Biz Şərqdənik” adlı qısa metrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunaraq təqdimat mərasimi keçirilib. Filmdə görkəmli şərqşünas alim, professor Aidə İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb. Mahirə xanımın maliyyə dəstəyi ilə “Azərbaycan qadını” layihəsinə mahnı yazılıb və həmin mahnıya klip də çəkilib. 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə anım mərasimi təşkil edib. Anım mərasimində onunla yanaşı, Türkiyə Cumhuriyyəti “Başkənt Barışıq, Kardeşlik” platformasının baş katibi doktor Mustafa Kurt, yazar Zülfü Can Polat, iş adamı Ramazan Toprak, aparıcı Zeynep Köşkəb, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak ediblər. 2013-cü il mayın 5-də Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə əlaqədar Bakıdakı “Alov Qüllələri” kompleksinin “Fairmont Baku” zalında ədəbi-bədii gecə keçirilib. Tədbirə qardaş ölkə olan Türkiyənin fəal ictimai xadimləri, habelə sabiq millət vəkilləri dəvət olunub. Qonaqlar və tədbir iştirakçıları eyni zamanda “Quba Soyqırım Memorial Kompleksi”ni, Şamaxı rayonu ərazisindəki tənha türk əsgərinin məzarını ziyarət ediblər. Bundan başqa “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinin maliyyə dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan bəhs edən “Mən Azərbaycanlıyam” və “Zərifliyin keşiyində böyük dayan” sənədli filmlərinin təqdimat mərasimləri keçirilib. Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Marmara Üniversitetində Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolu haqqında kitab nəşr olunub. Hazırda həmin kitab bu ali təhsil ocağında dərslik kimi istifadə olunur. Mahirə Əsədovanın rəhbərliyi altında Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq əlaqələrindən bəhs edən “Torpaq uğurunda ölən varsa vətəndir” sənədli filminin təqdimatı Bakıda, habelə Türkiyənin müxtəlif şəhərlərində və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib. 2017-ci ildə Mahirə xanımın təşkilatçılığı ilə torpalarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri adlı” 1024 səhifəlik ensiklopedik kitabın nəşri və təqdimatı təşkil edilib. 2017-ci il fevral ayının 23-də Türkiyənin Bolu şəhərində, Ankara-İstanbul yolunun üstündə “Xarı Bülbül” adlı abidə istifadəyə verilib. Açılış mərasimində Türkiyənin hakim dairəsinin məsul şəxsləri iştirak ediblər. “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyi dövlətin mailiyyə dəstəyi olmadan mütəmadi olaraq cəbhə bölgələrinin səfər edərək silahlı qüvvələrin şəxsi heyəti qarşısında maraqlı tədbirlər keçirir. 2014-cü il iyunun 15-də “Milli Qurtuluş Günü”, Ağdam rayonunun Əhmədağalı kəndində “Yeni Yurd Sosial İnkişaf” ictimai birliyinin maliyyə dəstəyi ilə subartezian quyu və bulaq istifadəyə verilib. Həmin bulağa şəhid Şəmsəddin İsgəndərovun adı verilib. Növbəti bulaq və subartezian quyu Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində qazılıb. Həmin bulağa şəhid soydaşımız Şirin Mirzəyevin adı verilib. Ağdamda daha iki bulaq və subartezian quyu qazılıb və istifadəyə verilib. Ağdam rayonununda öz şəxsi vəsaiti ilə inşa etdirdiyi şəhidlərin adını daşıyan subartezianlar rayon rəhbərliyi və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və Mahirə Əsədova rayonun “Fəxri vətandaşı” adına layiq görülüb. Mahirə xanım Əsədovanın rəhbərliyi altında keçirilən bütün tədbirlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əlliyevin apardığı daxili siyasətə dəstək məqsədi ilə həyata keçirilib. (Youtub.com).
İnsanlıq borcu
Onun sonrakı həyat fəaliyyətində də əmək, zəhmət çalarları öz silinməz yerini tutdu. Zəhmət adlı anlamın sehri barədə çoxlu filosofanə sözlər deyilib, deyilir və deyiləcək də. Çünki zəhmət uğurun cövhəridi. Harada zəhmət varsa, orada firavanlıq, abadlıq, gözəllik hökm sürər. Etiraf etməliyik ki, zəhmət anlamı, onun məna tutumu, təlqin, tərbiyə qüdrəti, söylənən təriflərin hamısına layiqdi. Mahirə xanım kimi insanlar bu gün bu zəhmətin halallığını alaraq yaşayırlar. Vətənin, xalqın etimad və etibarını qazanaraq doğmalıq pilləsinə ucalırlar.
Etibarlı olmağın ən başlıca əlamətini xalqı, eli, obanı öz içindən keçirərək, onu öz doğması kimi görənlərdə müşahidə etmək olur. Biz isə mübaliğəsiz deyə bilərik Mahirə Əsədova elin, obanın, onu tanıyıb bilənlərin etibarını qazana bildi. İlk baxışdan bu fikir bəsit görünə bilər. Mənanın əsas cövhəri ondadı ki, bu fikrin açılmasına ehtiyac var.
Vətən və xalq uğrunda xərclənən ömür. Mahirə xanımın fəaliyyətinin mövzu xəritəsi çox genişdir. Harada şəhid ailələri varsa Mahirə xanım oradadır. Harada haqqı pozulan insan var, Mahirə xanım oradadır. Harada aztəminatlı ailələr var, Mahirə xanım oradadır. Harada böyük, qlobal lahiyələr varsa Mahirə xanım ordadır. Təhsil üçün, mədəniyyət üçün, torpaq üçün hər nə yaxşı varsa Mahirə xanımın orada ürəyi döyünür, qayğısı, doğmalığı ortaya çıxır. Ən böyük lahiyələrin rəhbəridir Mahirə Əsədova. Şəhidlərin ruhuna hörmət əlaməti olaraq, xatirəsinə açılan çoxsaylı bulaqlar Mahirə Əsədovanın dəstəyi ilə hasilə gəlib. Onun fəaliyyət dalğası nəin ki, Azərbaycanla, qan və can qardaşımız Türkiyə ilə də əhatələnir. Mahirə xanım böyük Türk dünyasının insanıdır. Bu fəaliyyət isə insansevərlik, beynəlmiləlçilik xarakterini göstərir. Bu böyük fəaliyyət Mahirə Əsədovanın həmişə təmsil etdiyi xalqın böyüklüyünə inamdan doğan bir məğrurluq, milli iftixar haləsində ibrətamizdir. Mahirə xanım xalqının taleyinə ürəkdən yanan və buna layiqincə müdaxilə edən bir şəxsiyyətdir. Bu mənada o öz sələflərinin yolunu ləyaqətlə davam etdirən, yaşadan insandır. Kim deyir ki, Z.Tağıyev yoxdur, M.Nağıyev yoxdur, Natəvan yoxdur, Tomris yoxdur? Mahirə xanım tarixdə azərbaycançılıq missiyası ilə yaşayan bu şəxsiyyətlərin nümunəvi davamçılarındandır. Mahirə Əsədova kimi insanlar öz emosiya yükünü həmişə dərin qatlarda gizlədir, dünya görmüş bir ağbirçək kimi təmkinli və sakitdir, lakin bu sakitliyin arxasında dünyanın dərdlərini dözümlə, ümidlə daşıyan bir mərd şəxsiyyətin ürək talatümləri durur. Onun gördüyü işlər dediklərimizin bariz nümunəsidir. Mahirə Əsədova mənəviyyatımızın güzgülərindən biridir. Deyiblər ki, Allah insanı özünə köməkçi kimi yaradıb; Dünyanı idarə etməyin çətinləşdiyini görəndə bu balaca yardımçılarını yer üzünə göndərib ki, nizam pozulmasın. Bizə elə gəlir ki, Mahirə Əsədova kimi insanlar fikir, ideya, missiya daşıyıcısı olmaqla, onun köməkçiləridir. Mahirə Əsədova haqqında, onun genişmiqyaslı fəaliyyəti, ləyaqətli, şərəfli keçdiyi ömür yolu haqda bu kiçik yazı ilə kifayətlənmək olmaz. Bu qarmaqarışıq, ədalətsiz dünya üçün Mahirə Əsədova kimi insanları insanlıq üçün nümunə gətirmək, yazmaq, göstərmək ibrət dərsidir. Onun ləyaqətli ömrü, çox illəri əhatələyən fəaliyyət yolu barədə fikirləşəndə Mahirə Əsədova keyfiyyətləri, gözəl, nəcib insanlığı, ictimai fəaliyyəti barədə sözün geniş mənasında danışmamaq mümkün deyil. O, həmişə görüşünə can atdığın, el demiş, üzü nurlu, hər hərəkəti, hər sözü ilə nə isə bir şeyi öyrədən, bir şeyi təlqin edən insandır, əsl yaxşılıq məktəbidir, Azərbaycan şəxsiyyəti nümunəsidir. Gəncliyində də belə olub, müdriklik çağında da belədir. Biz bu sözlərimlə Mahirə xanımı qocaltmaq fikrində deyilik. Əsla, sözümün canı var. O qədər saçı ağ olub, özü ağsaqqal, ağbirçək olmayanları tanımışıq ki! Saçın ağlığı, yaşın çoxluğu ağsaqqalığa, ağbirçəkliyə dəlalət eləməz. Yaşadığın mənalı həyat, keçdiyin ömür yolu, yararlı, bərəkətli, zəhmətdən yoğrulmuş həyatın səni müdriklər-müdrikinə çevirir. Xalqına doğmalıq yolu ilə irəliləyib yaxınlaşıb hər an. Müdrik olan insan iyirmi yaşında da müdrikdi, cahil səksən yaşında da cahildir. Bizə elə gəlir ki, bunun izahını kifayət qədər gözəl verə bildik. Yazının qəhrəmanının amalına işıq salan, onun həyat yolunun, yönümün, mənasını göstərən bir güc var. Mahirə xanım ömrü boyu həqiqət, düzgünlük adlı bir “Allah”ın axtarışındadır. Ömür fəaliyyətində insanı uca tutub, böyük xarakterlər yaradıb özündə, mənində. Xeyrin, ədalətin, işığın qələbəsinə çalışıb. Dünyada xırda, cılız, yarımçıq surətlərin meydan açdığı vaxtda onun surəti, örnəklərimizə bağlı olan yolu, ümid və nikbinlik doğuran bir yoldur, xalqa arxalanan və xalqı ucaldan bir yol. Buna görə o özü də xalqın gözündə həmişə ucadır, büllur mənəviyyatı kimi aydın və həmişə bahardır.
Hürü Hacızadə
Yazıçı-publisist, “Qızıl Qələm” mükafatçısı,
“Arasdırma.com”-un təsisçisi
Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü,
“Qızıl Qələm” mükafatçısı